Keniyada sərnişin avtobusu çaya aşıb. 

"Unikal" xəbər verir ki,  hadisə Meru şəhərində qeydə alınıb. Belə  ki, sərnişin avtobusu Niti çayı üzərindəki körpünün üstündən keçərkən təxminən 40 metr hündürlükdən çay yatağına düşüb. Qəza nəticəsində 24 nəfər həlak olub.

Yaralıların dəqiq sayı verilməsə də, avtobusda ən azı 40 nəfərin olduğu bildirilib.

Hadisənin baş vermə səbəbi araşdırılır.