Əfsanəvi Formula 1 sürücüsü Mixael Şumaxerin 1998-ci ildə istifadə etdiyi Ferrari F300 hərraca çıxarılıb.

"Unikal" xəbər verir ki, yeddiqat dünya çempionu bu avtomobillə dörd yarışdan dördünü qazanıb.

RM Sothebyss hərrac evi avtomobilin 5 ilə 6,5 milyon funt sterlinqə satılacağını proqnozlaşdırır.

“Motor Sport Magazine”nin məlumatına görə, Şumaxerin “uşaq kimi sevdiyi” avtomobil 1999-cu ildə satılıb. Ferrari F300 avqustun 18-20-də Montereydə (Kaliforniya, ABŞ) keçiriləcək hərracda satılacaq.