Qubernator Gavin Newsom Kaliforniya ştatının Mariposa qraflığında meşə yanğını ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Təxminən 4600 hektar ərazini məhv edən yanğın 3 mindən çox insanı köçkün vəziyyətinə salıb.

"Unikal" xəbər verir ki, Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamenti (Cal Fire), 11 yanğınsöndürən, 400-dən çox personal, 45 yanğınsöndürən maşını və 4 helikopterin alovlara müdaxilə etdiyini açıqlayıb.

Cal Fire həmçinin bildirib ki, Qırmızı Xaç Cəmiyyəti tərəfindən Mariposadakı ibtidai məktəbdə ərazidən təxliyə edilən vətəndaşların müvəqqəti sığınacağı üçün təxliyə mərkəzi yaradılıb.