Ukrayna prezidenti ölkənin baş prokuroru İrina Venediktov və SBU-nun rəhbəri İvan Bakanovun işdən çıxarılmasının səbəbini açıqlayıb.

"Unikal" xəbər verir ki, prezident bu barədə Telegram kanalında yayımlanan videomüraciətində bildirib:

"Mən baş prokurorun vəzifəsindən azad edilməsi və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin tutduğu vəzifədən azad edilməsi haqqında qərar qəbul etmişəm. Bu günədək prokurorluq, ibtidai istintaq orqanları əməkdaşlarının dövlətə xəyanət və əməkdaşlıq fəaliyyəti ilə bağlı 651 cinayət işi qeydə alınıb”.

Zelenski qeyd edib ki, 198 cinayət işi üzrə müvafiq şəxslər şübhə ilə bağlı məlumatlandırılıb. Onun sözlərinə görə, qurumların və SBU-nun 50-dən çox əməkdaşı Ukraynaya qarşı işləyir.

O, həmçinin əlavə edib ki, dövlətin milli təhlükəsizliyinin əsaslarına qarşı belə bir sıra cinayətlər və Ukrayna təhlükəsizlik qüvvələri ilə Rusiya xüsusi xidmət orqanları arasında qeydə alınan əlaqələr “müvafiq rəhbərlər qarşısında çox ciddi suallar yaradır”.

23:30

Ukrayna prezidenti Vladimir Zelenski baş prokuror İrina Venediktovanı və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu işdən azad edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna liderinin sərəncamında bildirilir.