Qəbələdə intihar hadisəsi olub.

"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndində baş verib.

Kənd sakini 23 yaşlı Aysun Abdurrahmanlı yaşadığı evdə özünü asıb.
Əldə etdiyimiz məlumata görə, mərhum bir müddət əvvəl rəsmi nikaha daxil olub. Onun bu gün toyu olacaqmış.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma aparılır.