İqtisadi terminlər lüğəti (Azərbaycanca - rusca) 2020-ci ildə çapdan çıxıb.

Dünyanın 23 ölkəsində azərbaycanlı iş adamları, sahibkarlar, tələbələr, müəllimlər rus dilindən istifadə edirlər. Lüğətin onların gündəlik fəaliyyətində çox böyük köməyi olacaq. 

Lüğət tələbələr, magistrlər, doktorantlar, təhsil və idarəetmə sistemində, iqtisadiyyatın müxtəlif sferalarında çalışan muəllimlər və mütəxəssislər, sahibkarlar və investorlar, həmçinin geniş oxucu kütləsi, o cümlədən gələcəyimiz olan məktəblilər üçün nəzərdə tutulub. 

958 səhifəlik bu lüğətdə ilk dəfə olaraq rəqəmsal iqtisadiyyata dair yeni termin və anlayışlar verilib. Nəşrdə beynəlxalq səviyyədə qəbul edilmiş  iqtisadi fəaliyyətin bütün sahələrinə dair 50 minə yaxın söz, söz birləşməsi, termin öz əksini tapıb.

Eyni zamanda, "Bakı nefti – qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək" (1941-1945)  kitabı da satışa çıxarılıb.

Bakı neftçilərinin Hitler faşizmi üzərindəki Qələbədə böyük payı, rolu var. Neftçilərimizi “arxa cəbhənin qəhrəmanları” adlandırırlar. 

Müharibə illərində Bakı bütövlükdə ölkəni yanacaq, sürtkü yağları və digər materiallarla təmin edən əsas təchizatçı idi. SSRİ-də işlədilən yanacağın 75 faizini Azərbaycan neftçiləri istehsal edirdi. Bütövlükdə, Böyük Vətən müharibəsi illərində ölkənin və ordunun ehtiyacları üçün 75 milyon ton neft yollanmışdı. 

Faşizm üzərində böyük qələbənin 70 illiyinə həsr olunmuş 452 səhifəlik bu kitab nəfis tərtibatda çap edilib.

Kitabları əldə etmək üçün aşağıdakı telefon nömrələrinə zəng vura bilərsiniz:

050-683-91-77; 050-311-12-78.