Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Türkiyə ilə Ermənistan arasında bölgədə sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək ikitərəfli əlaqələrin normallaşma prosesinin əhəmiyyəti vurğulanıb.

Bu kontekstdə Türkiyə Prezidenti və Ermənistanın baş naziri iyulun 1-də xüsusi nümayəndələrin görüşləri zamanı razılaşdırılmış məsələlərin tezliklə həyata keçiriləcəyi ilə bağlı gözləntilərini ifadə ediblər.