Nigeriyanın cənubunda qayığın aşması nəticəsində ölənlərin sayı 17-yə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Nigeriya Milli Fövqəladə Hallar Agentliyinin nümayəndəsi İbrahim Farinloy deyib.

"Axtarış işləri başa çatıb, 17 nəfərin cəsədi sudan çıxarılıb", - deyə İ.Farinloy bildirib.

Qayıq iyulun 8-də axşam saatlarında Laqos ştatı sahillərində aşıb.