Gürcüstanda yerli vaxtla saat 9:10-da daha bir zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, 4,5 maqnitudalı növbəti zəlzələnin də episentri Sameba kəndi yaxınlığında qeydə alınıb.

***

09:11

Gürcüstanda 4,8 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 07:36-da baş verib.

Yeraltı təkanların episentri Ermənistanla sərhəddə yerləşən Sameba kəndi yaxınlığında qeydə alınıb.

Dağıntı və tələfat barəsində məlumat yoxdur.