Bolqarıstan hökuməti Avropa İttifaqının sanksiyalarına uyğun olaraq, Rusiyanın bu ölkədəki səfirliyinə 890 min dollar məbləğində vəsaiti bloklayıb.

"Unikal" xəbər verir ki, bunu Bolqarıstanın baş naziri postuna namizəd, baş nazirin müavini və maliyyə naziri vəzifəsini icra edən Asen Vasilev bildirib.

“Bolqarıstan bu məsələ ilə bağlı heç bir tədbir görməyib, hər şey avtomatik olaraq Aİ-nin sanksiyaları əsasında baş verib. Bu vəsaitlərin sanksiya paketindən çıxarılması məsələsi Avropa Komissiyası səviyyəsində həll olunur, onların blokdan çıxarılması ilə bağlı qərar qəbul edildikdə, biz müvafiq tədbirlər görəcəyik”, - bolqarıstanlı nazir bildirib.

Ramil Zeynallı