Böyük Britaniya hökumətində istefalar davam edir.

"Unikal" xəbər verir ki,  ötən gün maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavidin istefa verməsindən sonra daha dörd  nazir və bir nazir müavini vəzifəsindən istefa verib.  

Belə  ki, bu gün  xəzinə naziri Con Glen, daxili işlər naziri Viktoriya Atkins, orta məktəblər üzrə məsul nazir Robin Volker, uşaq və ailə məsələləri üzrə nazir Vill Kuinse, nəqliyyat nazirinin müavini Laura Trott da tutduqları vəzifədən istefa veriblər. 

***13:04

Böyük Britaniyanın Uşaq və Ailə Naziri Vill Kuinse istefa verib.

"Unikal" xəbər verir ki, o, bu barədə "Twitter"də paylaşım edərək, vəzifəsindən istefa verdiyini açıqlayıb.  

Qeyd edək ki,  ötən gün Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid də  istefa verib.

Gülayə  Mecid