Avropa İttifaqı (Aİ) və amerikalı milyarder Corc Sorosun fondları miqrasiyanı təşviq edir, onlar miqrantlar tərəfindən törədilən cinayətlərdə günahkardırlar.

"Unikal" RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto  deyib.

“Miqrantlar tərəfindən törədilən zorakı cinayətlərdən dəymiş zərərə görə məsuliyyət miqrasiyanı dəstəkləyən və təşviq edən, miqrantları Serbiya və Macarıstana gəlməyə həvəsləndirənlərin üzərinə düşür”, o, Brüssel və Sorosu ittiham edib.

Nazirin sözlərinə görə, Aİ və milyarderin miqrantları cinayət törətməyə və Serbiya və Macarıstanın "suverenliyini pozmağa təhrik etməyə" son qoymağın vaxtı çatıb.

Peter Siyarto qeyd edib ki, Macarıstanın cənub sərhədində 110 mindən çox qeyri-qanuni miqrantın qarşısı alınıb. O, qeyd edib ki, miqrantlar silahlı olmaqla yanaşı, getdikcə aqressivləşirlər. Digər məsələlərlə yanaşı, ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, şərqdən - Ukraynadan getdikcə daha çox miqrant gəlir.

Ramil Zeynallı