Rusiyanın sərhəd bölgəsində - Rostov vilayətində pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb.

"Unikal" xəbər verir ki. qəzanın nəticələri Baza Telegram kanalı tərəfindən yerləşdirilən videoda əks olunub.

Nəşrin məlumatına görə, obyekt Taqanroqda 15-ci Yeni Zolaqdakı fərdi evin üzərinə düşüb. Görüntülərdə ikimərtəbəli binanın alov içində qalması və uzaqda dayanan insanlar görünür. Evin tamamilə yandığı bildirilir.

Hadisə şahidlərinin çəkdiyi kadrlara əsasən, yıxılan obyektin qalıqları pilotsuz təyyarəyə məxsus olub. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.

Ramil Zeynallı