Böyük Britaniya Belarusa qarşı 60 milyon funt-sterlinq dəyərində mal idxalı və ixracı da daxil olmaqla, yeni sanksiyalar paketi elan edib.

"Unikal" xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) tərəfindən elan edilən yeni iqtisadi, ticarət və nəqliyyat sanksiyalarına Belarus dəmir və poladın idxalına qadağa, eləcə də emal olunmuş neft məhsulları, qabaqcıl texnoloji komponentlər və digər məhsulların ixracına qadağa daxildir. 

Sanksiyalar çərşənbə axşamı qüvvəyə minəcək. Onlar həmçinin Belarus şirkətlərinə Londonda borc və qiymətli kağızlar buraxmağı qadağan edəcəklər.