ABŞ-ın Müstəqillik Günü şərəfinə Çikaqo yaxınlığındakı Highland Parkda (İllinoys ştatı) keçirilən paradda atışma nəticəsində 5 nəfər həlak olub, 16 nəfər xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə ölkə hakimiyyəti bildirib.

Onun sözlərinə görə, atıcı paradın keçirildiyi ərazinin yaxınlığındakı evlərdən birinin damında olub, o, azadlıqdadır və ehtimal ki, kamuflyaj paltarı geyinib.

Hadisə yerində nəqliyyatın hərəkəti tamamilə bağlanıb, təcili yardım xidmətləri və polis var. Yerli sakinlərə evdə qalmaq və şəhərin mərkəzinə girməyə çalışmamaq tapşırılıb.

Bundan əvvəl Chicago Sun-Times xəbər vermişdi ki, şahidlər parad başlayandan az sonra 20-yə yaxın atəş səsi eşidiblər.

21:02

ABŞ-da parad zamanı silahlı insident baş verib. 

"Unikal" ABŞ mediasına istinadən xəbər verir ki, iyulun 4-də ABŞ-ın İllinoys ştatının Haylend Parkında, məşhur Central Avenue sinaqoqundan iki məhəllə aralıda keçirilən parad zamanı çoxlu sayda insan güllələnib. 

Polis və yanğınsöndürənlər Mərkəzi prospektdə hadisə yerinə müdaxilə ediblər. 

Parad tamamilə dayandırılıb, polis hazırda ərazidə tüfənglə patrul edir. Şübhəli şəxsin tutulması və ya şəxsiyyətinin müəyyən edilib-edilməməsi barədə hələlik məlumat yoxdur.

Gültəkin Ələsgər