Böyük Britaniya emal olunmuş neft məhsulları, lüks mallar və kvant hesablamalarında istifadə olunan bir sıra qabaqcıl texnologiyaların Belarusa ixracına qadağa qoyub.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bundan əlavə, Britaniya hakimiyyət orqanları Belarusdan dəmir və polad idxalını qadağan edəcəklərini, həmçinin Belarus şirkətlərinə Londonda borc və qiymətli kağızlar buraxmağı qadağan etməklə Belarusun “dünya səviyyəli Britaniya maliyyə xidmətlərinə” çıxışını məhdudlaşdıracaqlarını açıqlayıblar.