Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasının nəticəsi olaraq 15 illik fasilədən sonra İsrail aviaşirkətləri Türkiyə ərazisinə müntəzəm uçuşları bərpa edə bilər. Bundan əlavə, Təl-Əviv və Ankara mülki aviasiya sahəsində əməkdaşlığı bərpa edəcəklər.

"Unikal" türk mətbuatına istinadən xəvər verir ki, İsrail və Türkiyə tərəfləri arasında iyulun 4-də keçiriləcək danışıqlarda müntəzəm uçuşların tezliyinin artırılması və sərnişinlərin təhlükəsizliyi məsələlərinin həlli də müzakirə olunacaq.

Xatırladaq ki, İsrail aviaşirkətləri 2007-ci ildən Türkiyəyə uçuşlar həyata keçirmir, bütün bu müddət ərzində iki ölkə arasında hava nəqliyyatı yalnız Türkiyə tərəfdən həyata keçirilirib.