SOCAR təchizat idarəsinin rəis müavini Fuad Həziyevin çoxsaylı şirkətlərinin olduğu üzə çıxıb.

“Unikal”a daxil olan məlumata görə, F. Həziyev ölkənin spirtli içkilər biznesinin əsas sahiblərindən biri hesab olunur. Belə ki, son bir ildə adı ən çox hallanan “Baku-Spirits” alkoqol məhsulları istehsal edən şirkət F. Həziyevə məxsusdur.  Bir il öncə fəaliyyətə başlamasına baxmayaraq zavodun istehsalı olan ABSOLUTE ORGANIC, ORGANIC NATION, HAYAT VODKA, BLACK SCORPION, BUSINESS LINE, ABSOLUTE VODKA, ABSOLUTE CLASSIC, ВАКЦИНА, ЗЕРО çeşidli araq məhsulları bütün bazarı əhatə edib. 

Bundan əlavə, 2013-cü ildən F.Həziyevin həyat yoldaşı Aytən Telman qızı Əzizovanın təsisçisi və direktoru olduğu İsmayıllı rayonundakı Kürdmaşı şərab zavodu da ölkənin alkoqol biznesində mühüm paya sahibdir.  
 

Seymur Əli