Türkiyədən Əfqanıstana ərzaq, geyim və gigiyena materialı daşıyan humanitar yardım daşıyan qatar bu gün Ankara şəhərindən yola düşüb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yardımın həcmi 599 ton təşkil edib. 

"AFAD"dan ( Afət və Fövqəladə Halların İdarə Olunması) bildirilib ki, yardım 8 konteyner və 22 qapalı vaqonla birinci platformadan yola salınıb. 

Ağarza Elçinoğlu