İsveçin Baş naziri Maqdalena Andersson Kiyev vilayətinə səfər edib.

"Unikal" xəbər verir ki, xarici KİV-də yayılan məlumatda onun Rusiyanın işğalı altında olan Buça və Borodianka bölgələrinə getdiyi qeyd olunub. 

Bildirilib ki, Anderssonun başçılıq etdiyi İsveç nümayəndə heyəti Buça şəhərindəki Müqəddəs Endryu kilsəsinin yaxınlığında ruslar tərəfindən qətlə yetirilən mülki şəxslərin kütləvi məzarını ziyarət edib. Baş nazir Borodiankada rus hərbçiləri tərəfindən dağıdılan yaşayış binalarını da görüb.

"Prezident Volodimir Zelenski deyir ki, ukraynalılar təkcə Ukrayna üçün deyil, sivil dünya və demokratik dəyərlər uğrunda mübarizə aparırlar. Və bu, mütləq həqiqətdir", - İsveç hökumətinin başçısı gördüklərindən sonra deyib.

Ağarza Elçinoğlu