Hakimlik vəzifələrinə seçilməklə müsabiqədə müvəffəqiyyət əldə edən, Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsində işləmiş Rzayeva Aynur Tapdıq qızı və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsində işləmiş Hüseynov Nahid Nəsir oğlu Azərbaycan Respublikasının Prezidentinin 1 iyul 2022-ci il tarixli sərəncamı ilə müvafiq olaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin ediliblər.

"Unikal" xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev 4 iyul 2022-ci il tarixdə Baş Prokurorluğun inzibati binasında qeyd edilən prokurorluq əməkdaşlarını qəbul edib onları prokurorluğun fəxri fərmanı ilə təltif etməklə, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə fotoşəkli çəkdiriblər.