Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan "Unikal"a verilən məlumata görə, iyunun 1-dən 30-a qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 303 piyada əleyhinə mina, 236 tank əleyhinə mina və 1273 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2723,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.