Abşeron rayonunun Digah qəsəbəsində 8 boksdan ibarət ümumi sahəsi 256 m² olan (hər birinin sahəsi 32 m²) avtomobil təmiri sexinin 3 boksunun dam örtüyü və içərisində avadanlıqlar 96 m² sahədə, 2 boksunun içərisində təmirə dayanan 2 ədəd “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, yüksək temperaturdan 2 boksun lambirdən ibarət tavanı 60 m² sahədə əriyib.

Sexin qalan hissəsi və içərisində olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.