Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Bildirilib ki, 8 qadın kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.