Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "İnter" heyətini tanınmış futbolçu ilə gücləndirəcək.

"Unikal" "Goal.com"a istinadən xəbər verir ki, Milan təmsilçisi Braziliya millisinin üzvü və hazırda "Flamenqo"da çıxış edən David Luisi heyətinə qatacaq. 35 yaşlı müdafiəçinin yenidən Avropa qayıtmaq ehtimalının yüksək olduğu bildirilib.

Qeyd edək ki, David Luis karyerası ərzində "Benfika", "Çelsi", PSJ və "Arsenal" kimi önəmli klubların formalarını geyinib.