Bu gün dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.  

Fövqaladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.