Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə şəhərin Məmmədəli Əhmədov küçəsində qeydə alınıb. 20-30 yaş arasında olan qadın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov