Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və federal daxili işlər naziri Gerhard Karner 3-4 iyul tarixlərində Türkiyəyə səfər edəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirlər türkiyəli həmkarları ilə görüşlərində regional məsələlər, qeyri-qanuni miqrasiya, terrorla mübarizə və Ukraynadakı hadisələr, həmçinin ikitərəfli münasibətlər və Türkiyə-Avropa İttifaqı münasibətlərini müzakirə edəcəklər.