Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımın olduğu helikopter təcili eniş etməli olub.

"Unikal" xəbər verir ki, insident siyasətçini Bursaya aparan helikopterin birinci pilotunun rahatsızlığı səbəbindən yaranıb.

Helikopter təcili şəkildə Biləcikdəki Jandarma Briqada Komandanlığının uçuş zolağına enib.

Jandarma Komandanlığında bir müddət dincələn Yıldırım sonradan gələn başqa bir helikopterlə Bursaya gedib.

Səhhəti pisləşən pilot isə təcili yardımla Biləcik xəstəxanasına aparılıb. Oradakı ilk müalicədən sonra Əskişəhərə transfer edilən pilotun hazırda səhhətinin yaxşı olduğu öyrənilib.