ABŞ-ın Texas ştatının Hyuston şəhərində atışma olub.

"Unikal" “Associated Press“ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 yeniyetmə ölüb, 1 nəfər isə yaralanıb.
Məlumata görə, münaqişə əyləncə gecəsində baş verib. Öldürülən yeniyetmələrin 17 yaşı olduğu bildirilib.

Bildirilib ki, hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.