"Mən və rusiyalı həmkarım Vladimir Putin heç kimi nüvə silahı mövzusu ilə şantaj etmirik". 

"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə,  Putinlə son danışıqlarda bu mövzu Polşanın ABŞ-dan "onlara nüvə silahı gətirmək" xahişindən sonra qaldırılıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aydınlıq gətirib ki, Putin Lukaşenko ilə söhbətində Belarus silahlı qüvvələrinə nüvə silahı olan raketlərin verilməsindən danışmayıb. Görüş zamanı Rusiya prezidenti "İsgəndər-M" raket sistemlərinin həm adi, həm də "nüvə" versiyalarında ötürüləcəyini vurğulayıb.

Lukaşenka daha əvvəl bildirmişdi ki, Rusiya və Belarus nüvə silahı daşıya bilən Qərb aviasiyasının təlimlərinə cavab tədbirləri görməlidir.

Ağarza Elçinoğlu