Ukrayna ABŞ-dan əlavə 50 milyon dollar dəyərində silah və texnika alacaq.

"Unikal" xəbər verir ki, bu barədə dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.

"Ukraynalılar ölkələri uğrunda mübarizəni davam etdirirlər və ABŞ onların layiqli işini dəstəkləyir. Ukraynanın müstəqilliyinə, təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq qalırıq", - ABŞ-ın Ukraynadakı səfirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.

Blinken Ukraynanın özünümüdafiəsi üçün ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından on dördüncü silah və texnikanın ayrılmasını qeyd edib.

"ABŞ Ukraynaya ümumi hərbi yardımını 6,92 milyard dollara çatdıracaq", - Blinken əlavə edib.

Ağarza Elçinoğlu