Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti Berislav rayonunun İvanovka kəndini işğaldan azad edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Cənub istiqamətində düşmən Ukrayna qüvvələrinin fəaliyyəti nəticəsində İvanovka kəndini tərk edib", - Baş Qərargah açıqlayıb.

Qeyd edək ki, mərkəzi şəhəri daxil olmaqla böyük hissəsi Rusiya qüvvələrinin işğalı altında olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır. İşğalçı qüvvələr nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.