Gəncəyə yağan güclü yağış fəsadlar törədib.

"Unikal" xəbər verir ki, bu gün axşam saatlarında yağan leysan yağışından sonra şəhərin  bir neçə hissəsinə sel gəlib. 

Sel suları şəhər yollarında, küçələrdə bir sıra çətinliklər yaradıb. Bundan əlavə, avtomobillərin hərəkətinə də təsir edib.

Qeyd edək ki qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.