Türkiyənin daha bir bölgəsində meşələrə giriş qadağan edilib.

"Unikal" xəbər verir ki, bu barədə Çanaqqala bələdiyyəsinin qərarında deyilir. 

Qeyd olunub ki, bu gündən sentyabrın 15-dək vəzifəli şəxslər istisna olmaqla, meşələrə giriş qadağandır. 

Bu, son günlərdə ölkə ərazisində meşə yanğınlarının baş verəcəyi və havanın temperaturu, həddindən artıq külək və aşağı rütubət kimi meteoroloji şərtlərlə əlaqələndirilib. 

Ağarza Elçinoğlu