Rusiyanın Novosibirsk vilayətində tanınmış rusiyalı alim, fizik həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatında bildirilən məlumata görə, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Nəzəri və Tətbiqi Mexanika İnstitutunun (İTAM) baş elmi işçisi Anatoli Maslov vətənə xəyanətdə şübhəli bilinərək tutulub.

Məlumatı sözügedən qurumun elmi işlər üzrə direktor müavini Yevgeni Bondar təsdiqləyib. Anatoli 

Hazırda 75 yaşlı alim Moskvada, Lefortovo istintaq təcridxanasındadır.

Ağarza Elçinoğlu