"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün həyata keçirilməli olan İstanbul-Bakı (J2-076) reysi gecikir.

Bu barədə "Unikal"a AZAL-dan bildirilib.

Məlumata görə, buna səbəb təyyarənin kondisioner sistemi ilə bağlı yaranmış problemdir.

Sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar.