Oğuzda avtomobil piyadanı vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Xalxal kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı avtomobil yolu keçmək istəyən kənd sakini Əlavər Abuzər oğlu Lətifovu vurub. Yaşlı kişi aldığı ağır bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli