Böyük Britaniyanın baş naziri Boris Conson Odessanın fəxri vətəndaşı olub.  Qriqori Marazlı adına I, II, III dərəcəli “Şərəf nişanı” ordeni ilə təltif edilib.

Bu barədə "Unikal" Odessa meri Gennadi Truxanova istinadən xəbər verir.
"Biz Britaniyanın, onun baş nazirinin köməyini yüksək qiymətləndiririk. Ona görə də mən Boris Consonun I, II, III dərəcəli Qriqori Marazlı fəxri nişanları ilə təltif edilməsi haqqında sərəncam imzaladım", - Truxanov deyib.

Beləliklə, Conson avtomatik olaraq Odessanın fəxri vətəndaşı adını alır.

Merin sözlərinə görə, bizim əsas müttəfiqimiz və dostumuz Böyük Britaniyadır.

“Əgər bütün dünya birliyi Britaniya xalqı ilə eyni mövqedən çıxış etsəydi, biz çoxdan işğalçılar üzərində qələbə qazanardıq”, - Truxanov vurğulayıb.

Xatırladaq ki, Ukrayna Britaniyadan 425 milyon avroya yaxın kredit alıb.

Ramil Zeynallı