Lənkəran şəhərində ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 1 ədəd xalça qismən yanıb.

"Unikal" bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər (yataq xəstəsi) xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.