Dünyanın aparıcı şokolad istehsalçılarından biri olan Barry Callebautun Belçikadakı fabrikində salmonella bakteriyası aşkar edilib.

"Unikal" xəbər verir ki, Barry Callebaut tərəfindən edilən yazılı açıqlamada, 27 iyunda Wieze şəhərindəki fabrikdə bakteriya aşkar edildiyi bildirilib. Bunun üzərinə iyunun 25-dən etibarən istehsal edilən bütün şokoladların satışının dayandırıldığı bildirilib.

Açıqlamada bakteriyanın səbəbinin araşdırıldığı, dəqiqləşdirildikdən sonra fabrikin təmizlənərək yenidən istehsala başlayacağı açıqlanıb.

Qeyd edək ki, aprel ayında Ferrero-nun Belçikanın Arlon şəhərindəki fabrikində "Kinder" şokolad məhsullarında salmonella aşkar edilmişdi və bir çox Avropa ölkələrində bu hallara rast gəlinmişdi. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada şokolad məhsulları ilə əlaqəli 151 salmonella infeksiyası var. Bağlanan fabrikin gələn aydan etibarən yenidən fəaliyyətə başlayacağı açıqlanıb.

Gültəkin