"Azəriqaz" İB-nin baş  direktoru Ruslan Əliyev "Facebook" sosial şəbəkəsi üzərindən növbəti dəfə canlı yayım edərək abonentlərin suallarını cavablandırıb.

"Unikal" xəbər verir ki,  canlı yayımda R. Əliyev iyun ayında abonentlərin fəallıq göstərərək rekord səviyyədə ödənişləri həyata keçirdiyini bildirib.  İyun ayında 85 milyon manat yığım həyata keçirildiyini  də diqqətə çatdırıb. Baş direktor buna görə abonentlərə təşəkkür edib.