ABŞ-ın Çikaqo şəhərində baş vermiş növbəti atışma nəticəsində 2 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, atışma bir qrup şəxs arasında mübahisədən sonra baş verib. Şəxslərdən biri mübahisə zamanı odlu silahdan digərlərinə atəş açıb və hadisə yerindən uzaqlaşıb.

Atəş nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.