Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında yaşayan, İKT sahəsində fəal olan gənclərlə görüş keçirib.

"Unikal" xəbər verir  ki, görüşdə ölkəmizdə İKT sektorunda baş verən yeniliklər və gənclərin bu sahədə rolu müzakirə edilib. 

Gənc nəslin rəqəmsal bacarıqlarının artırılması yolları haqqında fikir mübadiləsi aparılıb.