Aleksandr Lukaşenko postsovet ölkələrini İttifaq dövlətinə qoşulmağa çağırıb. 

"Unikal" xəbər verir ki, Belarus diktatoru bu barədə Belarus və Rusiya regionlarının Forumunda bildirib.

Lukaşenkonun sözlərinə görə, “bu gün postsovet məkanı ölkələri İttifaq dövləti ilə yaxınlaşmada səmimi şəkildə maraqlı olmalıdırlar. Yalnız bu fövqəlmilli birliklə keçmiş Sovet İttifaqı respublikaları öz suverenliklərini və müstəqilliklərini qoruya bilərlər". 

Lukaşenko postsovet məkanı ölkələrini Rusiyanın dəstəyi olmadan dünyanın siyasi xəritəsindən yox olmaqdan qorxudub.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko 2021-ci il noyabrın 4- də İttifaq Dövlətinin Ali Dövlət Şurasının qərarını, xüsusən də yeni hərbi doktrina və miqrasiya konsepsiyasını təsdiqləyiblər.

Gülayə  Mecid