"Barselona"da ayrılıq yaşanıb.

"Unikal" xəbər verir ki, Kataloniya klubunun hücumçusu Luk de Yonq komamdanı tərk edib. 31 yaşlı futbolçu bu barədə "tvitter" hesabında məlumat yayıb. O, müqavilə əsasında məxsus olduğu "Sevilya"ya qayıdıb.

Qeyd edək ki, De Yonq ötən mövsüm "Barsa" formasıyla 29 oyunda 7 qol və 1 məhsuldar ötürmə edib.