Şəkidə sərnişin avtobusu 41 yaşlı qadını vurub.

"Unikal"ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes Sprinter" markalı sərnişin avtobusu yolu kecmək istəyən 1981-ci il təvəllüdlü Röya Mustafayevanı vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri  alan 41 yaşlı Röya Mustafayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli