İyulun 12-də özünü elan etmiş Donetsk Xalq Respublikasının (DXR) Rusiyada səfirliyi açılacaq. 

"Unikal" xəbər verir ki, bu barədə qondarma qurumun "Telegram" kanalında məlumat verilib.

Açılış mərasiminə Rusiya, özünü elan etmiş Luqansk Xalq Respublikası (LXR), işğalda olan Abxaziya (Gürcüstan), Cənubi Osetiya və Suriyanın nümayəndələri dəvət olunub. 

Ağarza Elçinoğlu