Bakcell tərəfindən ölkədə ilk dəfə tətbiq edilən eSIM xidmətinə maraqlı yenilik əlavə edilib. Bundan sonra Bakcell abunəçiləri şirkətin satış mərkəzlərinə getmədən yeni eSIM nömrəsi ala bilərlər.

Bunun üçün esim.bakcell.com səhifəsində istifadə etdiyi Bakcell nömrəni və digər zəruri məlumatları qeyd edib, yeni nömrənin QR kodunu skan etmək kifayətdir.  

Qeyd edək ki, yeni nəsil eSIM texnologiyası sayəsində mobil xidmətlərdən istifadə etmək üçün fiziki SIM karta ehtiyac qalmır. Bu texnologiyanı dəstəkləyən cihazların siyahısı ilə “Bakcell”in rəsmi saytında tanış olmaq olar.