Fransa prezidenti Emmanuel Makron lazım gəldikdə Rusiya lideri Vladimir Putinlə dialoqa hazır olduğunu bildirib. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, o, bu barədə Madriddə NATO sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Makron Putinlə amerikalı həmkarı Co Baydendən daha tez-tez ünsiyyət qurduğunu vurğulayıb. O, həmçinin Rusiya prezidenti ilə növbəti danışıqları da istisna etməyib: "Rusiya prezidenti ilə müzakirələrimizin müxtəlif dərəcədə intensiv olması normaldır. Mən həmişə Putinlə müzakirələrimi açıq aparıram və Volodimir Zelenski ilə, avropalı tərəfdaşlar və müttəfiqlərlə koordinasiyanı davam etdirirəm. Hər dəfə mən belə danışıqlar aparacağam, çünki hesab edirəm ki, bu, Fransanın üzərinə düşür". 

Ağarza Elçinoğlu